Lukaşenko erkən prezident seçkilərini istisna etmirbackend

“Belarus Prezidenti Aleksandr Lukaşenko konstitusiya islahatından sonra erkən prezident seçkilərini istisna etməyib”.

Busaat.az xəbər verir ki, bu barədə Lukaşenkodan müsahibə alan jurnalistlərdən biri, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan məlumat verib.

“Konstitusiyanı islah etməyə hazırıq, bundan sonra növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyini istisna etmirəm”,- deyə Lukaşenko qeyd edib.