Rusiya Hindistana ölkələr arasında vizasız qrup tur mübadiləsinin başlanması ilə bağlı təklif göndərib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov TASS-a bildirib.
“Çinlə indi vizasız tur mübadiləsinə başladıq. Növbəti ölkə isə Hindistandır. Biz oraya təklif göndərmişik. Hazırda diplomatik kanallar üzərində müzakirə aparılır. Biz bunu sürətləndirəcəyik”, – deyə nazir bildirib.
Rusiyanın qarşısında turizmi COVID-19-dan əvvəlki vəziyyətə qaytarmaq və turist axınındakı çatışmazlığı əvəz etmək vəzifəsi durur.