“Mançester Yunayted” vahid lider oldubackend

İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.

Busaat.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

“Şeffild Yunayted” “Nyukasl”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. “Vulverhempton” da doğma meydanda “Everton”a uduzub – 1:2

Bu gün eyni zamanda 1-ci turdan təxirə salınmış “Bernli” – “Mançester Yunayted” matçı keçirilib. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla qalib gələrək vahid lider olub.

İngiltərə Premyer Liqası

1-ci turun oyunu

“Bernli” – “Mançester Yunayted” – 0:1
Qol: Poqba, 71

18-ci tur

“Şeffild Yunayted” – “Nyukasl” – 1:0
Qol: Şarp, 73-pen

“Vulverhempton” – “Everton” – 1:2
Qollar: Neves, 14 – İvobi, 6, Kin, 77

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 36 xalla 1-ci, “Everton” 32 xalla 4-cü, “Vulverhempton” 22 xalla 14-cü, “Bernli” 16 xalla 16-cı, “Şeffild Yunayted” 5 xalla sonuncudur.