Məhkəmədən Rəsul Cəfərovla bağlı QƏRARbackend

Bu gün Ali Məhkəmənin Plenumunda hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb.

Busaat.az-ın xəbərinə görə, Plenum qərar verib.

Qərara əsasən, Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57 400 manat kompensasiya təyin edib.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ildə QHT-lərə qarşı cinayət işi üzrə həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Hüquq müdafiəçisi 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb./Report/