Mehriban Əliyevanın paylaşımı Türkiyə mediasının gündəmində – FOTO

image-1676110144_photo_5422740526299465649_xbackend

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımı Türkiyədə böyük rəğbətlə qarşılanıb.

Busaat.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən paylaşım Türkiyənin bir neçə aparıcı mediasının da diqqətindən yayınmayıb və paylaşım çox sayda xəbər portallarında işıqlandırılıb.

Yazıların əksəriyyəti “Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram” başlığı ilə dərc olunub.

Qeyd edək ki, Mehriban Əliyeva zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərilməsi ilə bağlı göstəriş verib. Artıq yardımla əlaqədar bir neçə xüsusi təyyarə Türkiyəyə göndərilib.

Birinci vitse-prezident ötən gün etdiyi paylaşımda Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını bildirib, azərbaycanlı olduğuna görə özünü çox qürurlu hiss etdiyini qeyd edib.

1676110116 m11676110169 m21676110184 m31676110130 m41676110142 m5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki