Mentollu siqaretlərin satışı qadağan edildi

Mentollu siqaretlərin satışı qadağan edildibackend

Avropa İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib.

Bu barədə Avropa Komissiyasının qərarı bu gündən etibarən qüvvəyə minir.

Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik 2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümimi tütün bazarının 5 faizini təşkil edirdi.

Qeyd olunur ki, mentollu siqaretlərin populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının səmərəliliyinin azalması müşahidə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90