“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında qapılardan biri ilə bağlı problem yaranıb.
“Bakı Metropoliteni” QSC-dən Busaat.az-a bildirib ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
“Təhlükəsizlik tələbinə uyğun olaraq, sərnişinlər düşürülməklə qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb”, – deyə məlumatda bildirilir.