Mirzoyan Ceyhun Bayramovla telefon söhbətindən danışdı

image-ceyhun__1_backend

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbətin məzmunu barədə danışıb.

Busaat.az  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Biz ötən il ərzində nələrin müzakirə edildiyini, iki ölkə liderinin Brüssel görüşündə qeydə alınanları müzakirə etdik. Xüsusilə, İşçi qrupunun yaradılması mexanizmlərini müzakirə etdik. Sərhədin delimitasiyası və təhlükəsizliyi haqqında danışdıq”, – Mirzoyan bildirib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90