Moldova Aİ-nin sanksiyalarını dəstəklədi

image-1e4ac83b-d234-432e-b1c0-216293df1b0cbackend

Moldova Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının əksəriyyətini dəstəkləyib.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və xarici işlər naziri Mixay Popsoi bildirib.

Məlumata görə, Moldova Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 80 faizlik məhdudiyyətə qoşulub.

Qeyd edib ki, ölkə Avropanın xarici gündəmini qətiyyətlə izləmək niyyətindədir, lakin paketin və sanksiyaların bir hissəsini tətbiq etmir.

Xarici işlər naziri deyib ki, Rusiya bazarı Moldova ixracı üçün, xüsusən də kənd təsərrüfatı üçün hələ də vacibdir, baxmayaraq ki, ondan asılılıq azalıb.

“Biz vətəndaşlarımıza zərər verəcək şəkildə hərəkət etmək istəmirik”.

Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki