Mühafizəçilər Putindən sonra tualetə niyə girir? – O, necə qorunur, inanılmaz detallar…

image-1655199741_1655198101_1450086387backend

Busaat.az Gundem.az-a istinadən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mühafizəsi ilə bağlı olduqca maraqlı faktları oxucularına təqdim edir.

Gəlin, faktlara nəzər salaq. O, necə qorunur?

Rusiya prezidenti Vladimir Putinin mühafizəsi ilə Rusiya Federal Xidmətinin xüsusi qrupu məşğuldur. Mühafizə işinə 50 000 nəfər cəlb olunub: Yeltsinin zamanındakından 3 dəfə çox. Bu insanlar dövlət başçısının keçəcəyi bütün küçələri, onun kontaktda olacağı bütün şəxsləri araşdırırlar.

Putinin regionlara səfərindən 30-45 gün əvvəl Mühafizə Xidmətinin işi başlayır. Onlar  səfər olunacaq regionda demək olar ki,  hər şeyə nəzarət edirlər. Regionda kriminal vəziyyətin səviyyəsi ilə maraqlanır, kriminal şəxslərlə görüşür, onları müxtəlif metodlarla tamamilə təhlükəsizləşdirirlər. Müşhafizəçilər regiondakı dini qruplşamalar, ekoloji vəziyyət, hətta seysmoloji durumla da maraqlanırlar. Araşdırmaların nəticəsi  hesabat şəklində Moskvaya göndərilir.

Prezidentin səfərindən 3-4 həftə öncə regiona kəşfiyyatçılar göndərilir. Onlar prezidentin səfər proqramı əsasında addım atacağı hər yeri diqqətlə öyrənir, mühafizəyə dair təfərrüatları yerli mühafizə orqanları ilə razılaşdırırlar. Yerli mühafizə orqanları yerlərdəki kriminal aləmin nümayəndələrinə “dinc oturmaq” tapşırığı verir. Kəşfiyyatçılar ali qonağın qalacağı oteli ən xırda detalına qədər araşdırıb, nəzarətə alırlar. 

Kəşfiyyatçıların arxasınca xüsusi  cihazlarla təmin edilmiş  əməkdaşlar gəlir, otelin texniki təhlükəsizliyini təmin edirlər. Burada radiodalğaları “kar və kor” edən xüsusi cihazlar quraşdırılır. Həmçinin oteldə havanın radioaktivliyi, yeməyin keyfiyyəti yüksək nəzarət altına alınır.

Səfər zamanı prezidenti əhatə edən mühafizəçilər 4  qrupa bölünürlər.

Birinci dəstə prezidentin ən yaxınında olan “şkaf kimi” möhkəm oğlanlar, qara eynəkli, qara qulaqcıqlı və əllərində qara diplomatlar olan mühafizəçilərdən ibarətdir. Onların əllərindəki diplomatlarda prezidentin qorunması  üçün zirehli “qalxanlar” olur.

 

İkinci dəstə mülki geyimdə olan və kütlənin işində gizlənmiş “gözəgörünməz” adamlardır. Onlar ətrafda hamıya nəzarət edir, nəzərə çarpmır və məşhur cibgirlər kimi elə işləyirlər ki,  şübhəli şəxslər heç nə hiss etməsinlər.

 

Üçüncü dəstə prezidenti əhatə eləmiş kütləni əhatə edirlər. Onlar hansısa hadisə baş verərsə, sui-qəsdçini tutmaq, zərərsizləşdirmək öhdəliyi daşıyırlar.

 

Dördüncü dəstə isə prezidentin olduğu ərazini nişan alan snayperlərdən ibarətdir.

 

Putinin sağlıq durumu ilə bağlı hər zaman müxtəlif söz-söhbətlər dolaşıb. Bir neçə ildir onun xərçəngə  yoluxduğu və prezidentin yaxın ətrafının bunu ciddi- cəhdlə gizlətdiyi  barədə söhbətlər gəzir. Son zamanlar yayılan məlumata görə, Putin orqanizmi, xəstəlikləri haqda heç bir informasiya verməmək üçün hətta xaricə səfərlər zamanı belə, tualetə 6 nəfər mühafizəçi ilə gedir. Həmin mühafizəçilər prezidentin arxasınca onun sidik və nəcisini xüsusi qablarda toplayıb Moskvaya qaytarırlar. Heç kim analiz nümunələri götürə bilməsin deyə.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki