Müharibə uzansa, Ukrayna iqtisadiyyatı tab gətirə biləcəkmi? – “The Economist” nəşri…

image-thumb600x0-2backend

“Ukrayna iqtisadiyyatı Rusiyanın təcavüzü uzun çəkəcəyi halda buna çətinliklə tab gətirə biləcək”.

Bu barədə “The Economist” dərgisində dərc olunmuş məqalədə bildirilir. Ölkənin maliyyə naziri Sergey Marçenko isə jurnala bildirib ki, öhdəsindən gələ biləcəklərinə əmindirlər.

Ukrayna iqtisadiyyatı müharibədən öncə yaxşı vəziyyətdə idi, buğda, dəmir və poladın yaxşı ixrac qiymətlərinin də bunda rol vardı. Hazırda ölkənin Rusiya işğalı ilə mübarizə aparmasına baxmayaraq, dərgi pensiyaların və hökumət maaşlarının hələ də ödəndiyini yazır, hətta işğal altında olan ərazilərdə belə. Məsələ ondadır ki, Ukraynada internet və 3G mobil xidməti hər yerdə yaxşı işləyir. Di gəl, proqnozlar ürəkaçan deyil. Dünya Bankı bu il ölkə iqtisadiyyatında 45% azalma proqnozlaşdırır. Marçenko özlərinin proqnozunun 44 faiz olduğunu deyir. Gömrük gəlirləri müharibədən öncəki səviyyənin 25 faizinə düşüb. Hərbi maaşlar da böyükdür, baxmayaraq, silah-sursat əsasən Qərbdən gəlir. Marçenko hazırda kiçik və orta biznesin könüllü əsasda vergi ödədiyini vurğulayıb.

Nazir hər ay ölkədə 5 milyard dollarlıq maliyyə defisiti yarandığını, bunun Ukraynanın müharibə davam etdikcə azalan ÜDM-nin təxminən 5 faizinə bərabər olduğunu qeyd edib. Marçenko çarəni Mərkəzi Bankın əlavə pul çap etməsində görür. Daha bir yol müharibə istiqrazları buraxmaqdır. Əsas mənbə isə xarici yardım ola bilər ki, nazir gününün böyük hissəsini lobbiçiliyə həsr etdiyini deyib.

ABŞ Nümayəndələr Palatası mayın 11-də Ukraynaya 40 milyardlıq yardım layihəsini təsdiqləyib. Bu məbləğin 15 milyarda yaxını Ukrayna ordusu üçün silah və hərbi texnika alınmasına, 14 milyardı humanitar yardıma, ukraynalı qaçqınlara dəstəyə, 5 milyardı isə buğda qıtlığının nəticələrini aradan qaldırmağa sərf olunmalıdır.

Ukraynanın maliyyə naziri müsahibəsində etiraf edib ki, müharibə daha üç, ya dörd ay çəkərsə, ağrılı tədbirlərə ehtiyac yarana, vergilər artırıla, xərclərdə nəhəng azalmalar gərəkə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90