Nabranda 15 yaşlı oğlan dənizdə batdı

image-golmasallibackend

Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə  (“Xaçmaz” sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfər batıb.

Busaat.az  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90