“Nar Mobile” insanları çaş-baş saldı – 5G panikası

“Nar Mobile” insanları çaş-baş saldı – 5G panikasıbackend

“Nar Mobile” adından göndərilən mesaj abonentləri çaşdırıb.

Busaat.az xəbər verir ki, sosial şəbəkələrdə “Nar Mobile” mobil operatoru adından gələn mesaj geniş müzakirələrə səbəb olub. Belə ki, sözügedən mobil operator adından abonentlərə göndərilən mesajda sakinlərin evlərinə aparat göndərilməsi və bununla yanaşı, həmin sakinlərə 30 manat məbləğində vəsaitin veriləcəyi qeyd olunub. Bildirilib ki, həmin aparat sakinin evində bir həftə qalmalıdır.

İstifadəçilər isə qeyd ediblər ki, adi vaxtlarda abonentinin balansından 1 və ya müəyyən məbləğdə manat oğurlayan “Nar Mobile”ın adından bu addımın atılması heç bir məntiqə sığmır. İddia olunur ki, bu vasitə 5G beşinci nəsil rabitə şəbəkəsinin sürətlə yayılmasına və koronavirus pandemiyasının daha geniş vüsət almasına xidmət edən bir yoldur. Bu isə pandemiyanın ikinci dalğasının yaşanmasına səbəb olacaq.

Abonentlər tərəfindən irəli sürülən iddia ilə bağlı qarşı tərəfinin mövqeyini dərc etməyə hazırıq.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90