NATO-nun Türkiyə-İsveç-Finlandiya görüşü ilə bağlı BƏYANATI

image-stoltenberqbackend

NATO Türkiyə ilə İsveç və Finlandiyanın alyansa üzvlük prosesi üçün yaradılan “Daimi Ortaq Mexanizm”in uzunmüddətli əməkdaşlıq mövzusunda razılaşdıqlarını və iyul ayında keçiriləcək NATO Zirvəsinə qədər yenidən görüşməyə razılaşdıqlarını ifadə edib.

Busaat.az xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli Memorandum çərçivəsində yaradılmış “Daimi Birgə Mexanizm”in iclası keçirilib.

NATO-dan verilən açıqlamada NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən toplantının üç ölkənin rəsmilərini üçüncü dəfə bir araya gətirdiyi bildirilib.

Açıqlamaya görə, Stoltenberq görüşün açılışında deyib: “Finlandiya və İsveç Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün görünməmiş addımlar atıb. İndi bütün müttəfiqlərin ratifikasiya prosesini yekunlaşdırması və NATO-nun Vilnüsdə keçiriləcək sammiti öncəsi Finlandiya və İsveçi alyansın tamhüquqlu üzvləri kimi alqışlamaq vaxtıdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90