Naxçıvanda vergi daxilolmaları 40 %-dən çox artıb

image-pulbackend

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 106,8 milyon manatdan çox vergi daxil olub ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 41 % və ya 31 milyon manat çoxdur.

Bu barədə Busaat.az-ın yerli bürosu DVX-yə istinadən xəbər verir.

Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % və ya 35 milyon manat artıb.
Cari ilin avqust ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 60 % və ya 6 milyon manat artım qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki