Nazir rəisi təqaüdə göndərdi – Yeni təyinat

image-1747644175_cae312ebcae2a8598a9ea14c0620ef48_untitled-1-1jpg-1747644861-1backend

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb. 

Busaat.az “qaynarinfo”ya istinadən xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki