Kamran Əliyev: “Transmilli korrupsiyaya qarşı qlobal həmrəylik zəruridir”

image-2jpg-1747672314backend

Baş prokuror Kamran Əliyev, mayın 19-da, Tanzaniyanın Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskarın Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş direktoru Qabi Nestor Razakamanantsoanın və Əlcəzairin Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, görüşlər zamanı Baş prokuror Kamran Əliyev transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE şəbəkəsinin bu yöndə əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətinindən danışıblar.

image-3jpeg-1747672309

image-4jpeg-1747672309

image-5jpeg-1747672310


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki