Neftimiz 4 dollardan çox ucuzlaşdı

image-neft-1backend

Dünya bazarında neft ucuzlaşıb

Busaat.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4.2 ABŞ dolları, yaxud 4.8 % azalaraq 82.3 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti 4.24 ABŞ dolları və ya 5% azalaraq 79.08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki