Niderland qəzeti “Qarabağ”dan yazdıbackend

Niderlandın məşhur “de Volkskrant” nəşri “Qarabağ”dan reportaj hazırlayıb.

Busaat.az xəbər verir ki, yazıda “Qarabağ”ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, “İmarət” stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq, uğurlu çıxışı qeyd edilib.

Eyni zamanda “Qarabağ”ın bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan komandanın uğurlu çıxışı haqqında fikirlərini, “Qarabağ”ın təmsil etdiyi şəhərin işğaldan azad edilməsi və məşqç Müşfiq Hüseynovdan yenidən “İmarət”də olması haqda duyğularını öyrənib.

Həmçinin yazıda “Qarabağ”ımız “Qafqazın “Barselona”sı” kimi təqdim edilib.Qol.az