Nizami Kino Mərkəzində “Davam” adlı mahnı və klipin təqdimatı olub

image-img-20211224-wa0029backend

24 dekabr tarixində Nizami Kino Mərkəzində “Davam” adlı mahnı və klipin media və ictimaiyyətə təqdimatı baş tutub.

Mahnının musiqisi, sözləri və ifası sənətçi Fərid Mərdə məxsusdur. Yüksək peşəkarlıqla hazırlanan klipin rejissoru İstanbul Film Akademiyasının məzunu Elvin Abdulla, baş operatoru isə Rüfət Hüseynovdur.

Klipin çəkilişi 1600-dən çox gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı tarixi qələbənin əsəri olan Hərbi Qənimətlər Parkında və füsunkar Bakımızın mərkəzi küçələrində baş tutub.

“Davam” adlı mahnı və klip Liderimiz İlham Əliyevin davamçıları olan gəncliyin həmrəylik, birlik mesajını və onların tarixi Zəfərdən sonra fərqli, yeni Azərbaycanda dayanıqlı inkişaf yoluna “davam” söyləməsini özündə ehtiva edir.

Bununla yanaşı klipin son kadrı olan Hərbi Qənimətlər Parkında yer alan “Qarabağ Azərbaycandır” şüarı yazılmış lövhənin qarşısında dalğalandırılan Azərbaycan bayrağı isə 44 günlük Vətən müharibəsi dövründə məhz Şuşa şəhəri işğaldan azad edildikdən sonra şəhərə sancılan bayraqlardan biridir.

“Davam” Gənclər Hərəkatı “Davam” mahnısının klipinin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Hərbi Qənimətlər Parkı və Nizami Kino Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirir.

image-img-20211224-wa0025 image-img-20211224-wa0026 image-img-20211224-wa0029 image-img-20211224-wa0030 image-img-20211224-wa0027 image-img-20211224-wa0028 image-img-20211224-wa0031 image-img-20211224-wa0032

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki