“Oğlum Sahil Babayev ilə birlikdə böyük işlər görə bildi” – Yeni təyin olunan nazirin atası

image-1738946868_img_0008backend
image-ad_qayo_720x110px

“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng eləyib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bu sözləri Kulis.az-a açıqlamasında filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib. O, bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.

“Anar Sahil Babayev nazir təyin ediləndən sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil, amma oğluma inamım böyükdür”.

Qeyd edək ki, 2018-ci ildən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Anar Əliyev fevralın 7-si Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki