Oğuzda yol qəzası olub, ölən və yaralananlar var

yol qəzasıbackend

Oğuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Busaat.az-ın məlumatına görə, hadisə Sincan kəndində qeydə alınıb.

“VAZ-2107” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov hadisə yerində ölüb.

Qəza zamanı daha 3 nəfər isə xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90