Paris sakitləşmək bilmir: Makron hökuməti ermənilərdən də betər ermənilik edir

image-31backend

Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən deyib.

Ölkə başçısı Azərbaycanın 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirib.

Prezident Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğulayıb.

Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan dövlət başçısı Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini söyləyib.

Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı “France 2” telekanalının ölkəmizə qarşı qərəzli mövqeyini və təxribatını “France24” kanalı da davam etdirib. Kanal COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin “mübahisəli” olmasından bəhs edib. Səbəb kimi isə Qarabağın “blokadası” və 2023-cü ilin sentyabrında gedən döyüşlərin “əhali”nin “məcburi” köçkünlüyünə gətirib çıxarmasını göstərib.

Politoloq Abutalıb Səmədov Busaat.az-a açıqlamasında deyib ki, Ermənistan bölgədəki reallıqlarla barışmağa məcbur qalıb və anlayır ki, başqa yolu yoxdur.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi mövcud reallıqları dərk etməyə başladığı üçün Azərbaycan tərəfini hiddətləndirəcək bəyanatlardan çəkinir:

“Ancaq əfsuslar olsun ki, İrəvan hökumətinin özünün belə gündəmə gətirmədiyi, gətirməyə cəsarət etmədiyi artıq arxiv olmuş bəzi məsələləri Ermənistanın havadarları, xüsusən Fransa qabardır. Paris sakitləşmək bilmir. Makron hökuməti, fransız mediası Azərbaycana böhtan atmaqda davam edirlər. Xatırlayırsızsa, Fransa prezidenti Makron qürurla etiraf etmişdi ki, o, Qarabağ məsələsində Paşinyandan daha qətiyyətli mövqe tutur. Fransa və digər Qərb ölkələrinin, beynəlxalq qurumların Azərbaycanı “etnik təmizləmə”də ittiham etməsi absurddur. Azərbaycanı “dinc ermənilərə qarşı zor tətbiq etməkdə” suçlayaraq Bakıya təzyiq göstərməyə çalışırlar”.

Müsahibimiz xatırladıb ki, Azərbaycan uzun müddət Ermənistan hərbçilərinin, qanunsuz silahlı qüvvələrin ərazimizdən çıxmasını tələb etdi. Amma illər ötsə də, İrəvan bununla bağlı heç bir addım atmadı:

“Halbuki, İrəvan hökuməti üzərinə öhdəlik götürmüşdü. Nəticədə Azərbaycan məcbur qalaraq 2023-cü ilin sentyabr ayında bir günlük anti-terror əməliyyatı keçirməyə mərbur oldu. Əməliyyatlar zamanı sadəcə və birbaşa qanunsuz silahlılar hədəf alındı və məhv edildi. Mülki bətəndaşlardan bir nəfərin burnu belə qanamadı. Buna rəğmən, qərəzli dairələr məqsədyönlü şəkildə Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə başladılar. Yəqin ki, bu cür də davam edəcəklər, çünki onların həqiqəti görmək, obyektiv olmaq kimi dərdləri yoxdur”.

Abutalıb Səmədov: Makron hökuməti, fransız mediası Azərbaycana böhtan atmaqda davam edirlər

“Hər halda daha çox işləməliyik, dostlarımızın sayını artırmalıyıq. COP29-un Azərbaycanda keçirilməsi dünyada çoxlarını qıcıqlandırıb. Ermənistan ağır vəziyyətini nəzərə alaraq, susmağa üstünlük versə də, onun himayədarları rahat durmurlar”, – deyə Abutalıb Səmədov əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki