Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır

image-66ea868c8c9cb66ea868c8c9cc172664590066ea868c8c9c966ea868c8c9cabackend
image-uzb_ads_desk

“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

 

O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb.

N. Paşinyan İran və Gürcüstanla əlaqələri də şərh edib. Ermənistanın hökumət başçısı vurğulayıb ki, bu dövlətlərlə uzunmüddətli perspektivdə hər hansı münaqişənin yaranacağı gözlənilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki