“Paşinyanın əsas vəzifəsi Qarabağı təslim etmək olan bir agent idi“ – Sergey Kurginyan

“Paşinyanın əsas vəzifəsi Qarabağı təslim etmək olan bir agent idi“ – Sergey Kurginyanbackend

“Ermənistan Baş naziri Nikol Paşinyan hərbi xəyanətə görə hərbi tribunal tərəfindən cəzalandırılmalıdır, əks təqdirdə Ermənistan özü tezliklə ömrünü bir dövlət kimi başa vuracaq”.

Busaat.az xəbər verir ki, Ermənistanın tanınmış siyasətçilərindən biri olan Sergey Kurginyan bu fikiləri Rusiya kanalında “Vladimir Solovyovla axşam” proqramının efirində deyib.

“Paşinyan xain və alçaqdır. Belə xainlərdən ibarət bir dəstə var və onların arxasında Soros oturur. Beləliklə, bütün bunlar önümüzdəki həftələrdə təmizlənməsə, o zaman proseslər Qarabağdakı mövqelərin təslim olması ilə bitməyəcək və yəqin ki, Ermənistan dövlətinin tamamilə məhvi ilə yekunlaşacaq”, – deyə Kurginyan bildirib.

O vurğulayıb ki, “Bütün hakimiyyət getməlidir! Parlamentdən də həmçinin. İndi onlar erməni xalqından gizlənirlər! Bu, minimum şərtdir. Sağlam bir erməni cəmiyyəti harada və kimə etibar edə bilər? İndi konsolidasiya etmək və ucuz pogrom isteriyasını dayandırmaq və onları xainlərin milli məhkəməsinə çevirmək üçün necə güc tapacaq? Bu insanlar quduz bir kütlə tərəfindən döyülməməli, xalqına hərbi xəyanətə görə hərbi məhkəmənin müvafiq məhkəməsi tərəfindən cəzalandırılmalıdır”.

Kurginyan “Paşinyanın əsas vəzifəsi Qarabağı təslim etmək olan bir agent idi. Əlimizdə sübut və dəlillər var”- deyə bildirib.

“Biz millətə bir sual ilə müraciət edirik: erməni həyatında faciəli bir an gəldi, demək olar ki, hər şey itdi. Bundan sonra millətin gələcəyinin mənası olacaqmı? Növbəti mərhələdə xalq özünü necə aparacaq? İndi sual yalnız bundadır”,- deyə Kurginyan vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90