Paşinyanın xanımı xalqına olan hörmətini göstərdi

Paşinyanın xanımı xalqına olan hörmətini  göstərdibackend

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan və Ermənistan parlamentinin vitsespikeri Lena Nazaryan Qarabağda hərbi əməliyyatlar zamanı həlak olan erməni hərbçisi Vrej Poqosyanın ailəsini ziyarət edib.

Akopyanın ailənin kədərini bölüşmək, dəstəyini ifadə etmək üçün etdiyi ziyarət zamanı göstərdiyi hörmətsizlik diqqət çəkib. Belə ki, ölən erməni əsgərin anası ağladığı anda onun yanında əyləşən Baş nazirin xanımının telefonla oynaması kadra düşüb.

Anna Akopyanın bu hərəkəti bir çox erməni sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb və müstəsna hörmətsizlik kimi qiymətləndirilib.

İradə Abbas

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90