Paytaxtda dəhşətli qətl – Kişi həyat yoldaşını liftdə öldürdü

Paytaxtda dəhşətli qətl – Kişi həyat yoldaşını liftdə öldürdübackend

Bakıda həyat yoldaşını liftdə qətlə yetirən şəxs saxlanılıb.

Busaat.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 1-də baş verib. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu həmin küçədəki binanın liftində həyat yoldaşı Əsgərova Könül Nadir qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H.Əsgərov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb./Trend/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90