Xəbər verdiyimiz kimi, bu ilin fevral ayından etibarən minimum pensiyalar 280 manatdan 320 manata qaldırılıb, eyni zamanda bütün növ əmək pensiyaları 8,1 faiz indeksasiya olunub.
Busaat.az bildirir ki, həmin faiz artımı 1 yanvar tarixindən tətbiq ediləcək və yanvarda yığılan fərq fevral ayının pensiyasına əlavə edilərək ödəniləcək.
Bu artımların nə vaxt ödəniləcəyinə dair dəqiq tarix hələlik açıqlanmayıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ötən ilin oktyabrından bəri Bakı, Sumqayıt və Abşeron rayonları üzrə pensiya ödənişlərini ayın 8-dən 15-dək, digər rayonlar üzrə isə 20-dən 28-dək həyata keçirdiyi məlumdur. Son bir neçə ayda ödənişlərin tarixi aşağıdakı kimi olub:
Noyabr: Bakı, Sumqayıt və Abşeron üzrə 7 noyabr, digər rayonlar üzrə 23 noyabr;
Dekabr: müvafiq olaraq 10 və 24 dekabr;
Yanvar: 10 və 28 yanvar.
Ehtimal edilir ki, fevralda da Bakı, Sumqayıt və Abşeron rayonları üzrə pensiyaların 10-fevraldan başlayaraq köçürülməsi nəzərdə tutulsun, lakin DSMF bu barədə hələ rəsmi məlumat yaymayıb.