Polşanın təhlükəsizliyini gücləndirmək istəyirik – Stoltenberq 

image-thumbs_b_c_86572dbbde480ec10ed12afe53717fbfbackend

NATO-nun Baş katibi Yens Stoltenberq Polşanın təhlükəsizliyini gücləndirmək istədiklərini və bu mövzuda təmasda olduqlarını bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Berlindəki görüşdən sonra Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransında danışan Stoltenberq jurnalistlərə açıqlamasında deyibş

“Polşanın təhlükəsizliyini gücləndirmək istəyirik. Bu mövzuda təmaslarımız davam edir” – deyə, Stoltenberq qeyd edib.

Almaniyanın Ukraynada Patriot hava hücumundan müdafiə sistemləri yerləşdirməsi ilə bağlı müzakirələrə də toxunan Stoltenberq, “Almaniyanın Polşaya Patriotlar təklif etməsi çox dəyərlidir. Almaniya məsuliyyətli müttəfiq kimi çıxış edir. Ukraynaya gəldikdə isə, Almaniya artıq bu ölkəyə İris-T hava hücumundan müdafiə sistemi göndərdi” – deyə, bildirib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin beynəlxalq hüquqa zidd olduğunu bir daha dilə gətirən Stoltenberq əlavə edib: “Müharibə səbəbindən qış getdikcə pisləşir. Rusiya bu müharibəni qazanmamalıdır. Putinin NATO-nu müharibəyə sürükləməsinə icazə verməyəcəyik”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90