Puyol Messini Cordana bənzətdi

Puyol Messini Cordana bənzətdibackend

“Barselona”nın sabiq futbolçusu Karles Puyol komandanın kapitanı Lionel Messinin dünya rekordu qırmasına münasibət bildirib.

Busaat.az xəbər verir ki, 42 yaşlı keçmiş müdafiəçi argentinalı oyunçunu basketbolçu Maykl Cordan ilə müqayisə edib:

“Məndən Maykl Cordanın kim olduğunu soruşsanız, tarixin ən yaxşı basketbolçusudur deyəcəyəm. Hesab edirəm ki, Messinin də futbolda eyni statusu var. Onun oyununu görmək hamımız üçün xoşbəxtlikdir. Heç kim onun çatdığı rəqəmləri aşmayıb. Bunlar Messinin ən yaxşı olduğunu göstərir”.

Qeyd edək ki, La Liqanın 15-ci turunda “Valyadolid”lə səfər matçında fərqlənməklə, Kataloniya klubundakı qol sayını 644-ə çatdırıb və bir klubda ən çox qol vuran futbolçu adına yiyələnib.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90