Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.58 $▼0.05%
  • WTI neft88.14 $▼0.12%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.271 $▼1.83%
  • Qızıl3 902 $▼0.39%
  • Gümüş49.97 $▼0.56%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda595.25 ¢▲0.68%
  • Bitcoin69 212 $▼3.03%
  • Ethereum1 948 $▼3.43%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qaçqın və köçkünlərin sayı 120 milyonu ötüb - BMT

image-bbttmm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qaçqın və köçkünlərin sayı 2023-cü ilin sonunda 117,3 milyon nəfərə çataraq 2024-cü ilin aprel ayının sonunadək 120 milyon nəfəri keçib.

Busaat.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik Qlobal Trendlər hesabatında deyilir.

Bildirilir ki, 2023-cü ilin sonunda təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən dünyada təqribən 117,3 milyon insan məcburi köçkün olub. Bu da 2023-cü ilin sonunda 117,3-ə yüksəlməsi 2022-ci ilin sonu ilə müqayisədə 8 faiz və ya 8,8 milyon nəfər artım deməkdir”.

Əməliyyat məlumatlarına əsasən, BMT QAK məcburi köçkünlüyün 2024-cü ilin ilk dörd ayında artmaqda davam etdiyini və 2024-cü ilin aprel ayının sonuna qədər “ehtimal ki, 120 milyonu keçəcək”.

Hesabatda bildirilir ki, 117,3 milyon nəfərdən 43,4 milyonu qaçqın, 68,3 milyonu məcburi köçkün, qalanları isə digər kateqoriyalara aiddir. 2023-cü ildə ən azı 27,2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb və onların hər dörddə biri vətənini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, dünya üzrə qaçqınların təxminən dörddə üçü beş ölkədən birindən – Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Sudandandır. 2023-cü ilin sonunda Ukraynadan olan qaçqınların sayı 2022-ci ildən beş faiz artaraq 6 milyon nəfər təşkil edib. Təxminən 2,6 milyon insan və ya ukraynalı qaçqınların 44 faizi qonşu ölkələrdə sığınacaq tapıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140296