Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Siyasət

Qarabağa peşəkar muzdlular köçürülür - Bu, müharibə hazırlığının tərkib hissəsidir

Qarabağa peşəkar muzdlular köçürülür - Bu, müharibə hazırlığının tərkib hissəsidir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ermənilər işğal altındakı ərazilərimizdə süni məkunlaşdırma aparmaqla beynəlxalq hüquq normalarını, prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif sazişləri ayaq altına atırlar, həmin beynəlxalq hüquqi sənədləri qəsdən pozurlar. Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Ermənistanın işğal etdikləri Azərbaycan ərazilərində süni məskunlaşdırma aparmasından və Livandan ermənilərin köçürülüməsindən danışarkən deyib. Politoloq bildirib ki, ermənilərin işğal olunmuş ərazilərdə süni şəkildə köçürülmə və məskunlaşdırma aparması məqsədyönlüdür: “Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsinin bir neçə səbəbi var. Birincisi, Azərbaycanın işğal etdikləri ərazilərini erməniləşdirmək istəyirlər. İkincisi, sonra da dünyaya bəyan edəcəklər ki, guya, burada eramızdan əvvəl ermənilər yaşayıb. Həmin köçürülənlər də guya “eradan əvvəlki əcdadlarının” “varisləri”dir”. Politoloq bildirib ki, Livandan köçürülən erməni ailələrlə yanaşı, Dağlıq Qarabağa terrorçu qruplar da gətirilir: “Bu məqamda diqqət ediləsi məqamlardan biri də ermənilərin nəinki Qarabağdan, həm də Ermənistandan kütləvi köçüdür. Bu halda hansı vədlərlə və kimlər Dağlıq Qarabağa yerləşdirilir? Onlara hansı şəraiti və necə yaradırlar? Bu baxımdan, köçürülənlərin muzdlular olması ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, bu, hazırda Ermənistanın müharibə hazırlığının tərkib hissəsidir”.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=8292