16.02.2025-ci il tarixində saat 16:40 radələrində partlayış nəticəsində xəsarət alması səbəbi ilə 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ona bədənin çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.