Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı…

image-mycollages_-_2021-11-30t171033-104backend

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri – tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.

Busaat.az  xəbər verir ki, paylaşımı mərhumun dostu Elşad Qaraca feysbuk hesabında yayıb.

Statusun saatından (10:27) aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90