Qubada sel körpünü və iki avtomobili apardı: Kəndlə əlaqə kəsildi – VİDEO

Qubada sel körpünü və iki avtomobili apardı: Kəndlə əlaqə kəsildi – VİDEObackend

Qubada sel körpünü və iki avtomobili aparıb.

Yenicag.az xəbər verir ki, rayonun Çayqışlaq kəndində sel suları 12 metr uzunluğda olan körpünü dağıdıb.

Kənd sakininin sözlərinə görə, birinci dəfə sel may ayının ayının 7-də baş versə də, hər hansı bir tələfata səbəb olmayıb. Bu gün baş verən sel isə körpünü yararsız vəziyyətə salıb.

Qeyd edək ki, kəndin mərkəzindən keçən Şabrançay yaşayış məntəqəsini iki hissəyə ayırır. Hazırda kəndin bir hissəsi ilə əlaqə kəsilib.

Hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində “Niva” və UAZ markalı iki avtomobil batıb.

Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altına qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.

Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. UAZ markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90