Qubadlıda silah-sursat aşkarlandı

image-1700460219_655af422e02e1655af422e02e21700459554655af422e02df655af422e02e0backend

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Busaat.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 “Faqot”, 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki