«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevə sonuncu dəfə xəbərdarlıq edib.
Müdafiəçi bir daha yersiz qırmızı vərəqə alarsa, əsas komandadakı yerini itirəcək və əvəzedici heyətə göndəriləcək.
Təcrübəli mütəxəssis iclasda bu barədə danışıb. Azərbaycanın ən yaxşı çalışdırıcısı cinah oyunçusuna xatırladıb ki, o, yoldaşlarını dönə-dönə çətin vəziyyətdə buraxıb:
«Sən bizi nəvaxta kimi peşman edəcəksən? Artıq böyüməlisən.
Başa düşməlisən ki, sənin hərəkətlərinə görə komanda nə qədər əziyyət çəkir. Sənə görə mətbuat və azarkeşlər «Qarabağ»ın üstünə gəlir.
Yığışdır bu hərəkətlərini! Elə et ki, gözümdən düşməyəsən. Hisslərini idarə elə, yerli-yersiz özündən çıxma.
Səbrli ol, komandanı fikirləş. Burada səndən başqa futbolçular var, onları da düşün».SPORTİNFO.AZ