Ronaldinyo sərbəst buraxıldı

Ronaldinyo sərbəst buraxıldıbackend

Braziliya millisinin sabiq futboçusu Ronaldinyo və qardaşı Roberto de Assis Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Busaat.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlarla bağlı həbs qətimkan tədbirinin ləğv olunduğu və hər hansı məhduduiyyət tətbiq olunmadığı vurğulanıb. Ancaq məhkəmənin qərarına əsasən, Ronaldinyo 90 min dollar, qardaşı Roberto de Assis Moreyra isə 110 min dollar cərimə ödəməlidir.

Qeyd edək ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla daxil olmağa çalışdığı üçün həbs edilmişdi.  Daha sonra apreldə onlar 1,6 milyon dollar girov qarşılığında 5 aylıq müddətinə ev dustaqlığına göndərilmişdilər. Qardaşlar həmin vaxtdan bəri Paraqvayın paytaxtı Asunsondakı bir oteldə qalırdılar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90