Busaat.az xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.
“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında “Rus Evi” kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov vurğulayıb.
Onun sözlərinə görə, Bakıdakı “Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb”.