Rusiya-Çin münasibətləri qlobal sülh və sabitlik gətirəcək amildir.
Busaat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Gang bildirib.
“Çin-Rusiya münasibətləri qarşılıqlı maraqlara söykənir. Biz qonşuyuq və münasibətlərimizdə ölkələrimizin əsas maraqlarını rəhbər tuturuq. Biz ikitərəfli münasibətlərimizi qlobal sülh və sabitlik gətirəcək güc hesab edirik”, – o, Rusiya-1 telekanalında müsahibəsində deyib.
Çinin xarici işlər nazirinin sözlərinə görə, Rusiya-Çin münasibətləri heç bir üçüncü dövlət üçün təhlükə deyil: “Biz yaxşı qonşularıq, yaxşı tərəfdaşlarıq və biz dünyada xeyirxah qüvvələri təmsil edirik”.
O, həmçinin bu həftə keçirilən Rusiya-Çin sammitinin nəticələrini yüksək qiymətləndirərək onu “çox uğurlu” adlandırıb.
“İki dövlət başçısı bir çox sazişlər imzalamağa müvəffəq olub. Onlar ikitərəfli münasibətlərimiz, regionda və bütün planetdə sülh və sabitlik ilə bağlı mühüm məsələləri müzakirə ediblər”, – Gang əlavə edib.