Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlamabackend

“Dağlıq Qarabağdakı Laçın bölgəsi Azərbaycana təhvil verildi və Laçın dəhlizi Rusiya sülhməramlıları tərəfindən idarə olunur”.

Busaat.az_ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

“Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq, Dağlıq Qarabağın Laçın bölgəsi dekabrın 1-də Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Azərbaycan tərəfinə verildi”, – deyə o qeyd edib.

Konaşenkov xatırladıb ki, Laçın bəyanata əsasən təhvil verilməsi planlaşdırılan üç rayondan sonuncusudur.

“Rus sülhməramlıları beş kilometr enliyində olan Laçın dəhlizinə nəzarət edirlər. Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”, – deyə rus general sözlərinə əlavə edib