Rusiya-Ukrayna müharibəsi: Kimin vasitəçiliyi tərəflərin maraqlarına cavab verər?

image-64backend

Ukrayna Prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində bildirib ki, Moskva ilə danışıqların mümkün modeli taxıl sazişinə bənzər üçtərəfli saziş formatında olmalıdır.

Məlumdur ki, taxıl sazişi formatında danışıqlarda vasitəçi qismində BMT və Türkiyə iştirak edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin bu açıqlamasına cavab olaraq qeyd edib ki, Rusiya qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün istənilən dialoqa açıqdır. Lakin Peskov Kremlin vasitəçilərlə danışıqları dəstəkləməyə hazır olub-olmadığına münasibət bildirməyib.

Maraqlıdır ki, vasitəçilərın iştirakı ilə danışıqların aparılması Rusiyanın maraqlarına cavab verə bilərmi?

Politoloq Kamran Məmmədli Busaat.az-a açıqlamasında bildirib ki, Türkiyənin vasitəçiliyi ilə tərəflər daha öncə uğurlu razılaşma əldə edərək sülhə yaxınlaşmışdılar. Lakin son anda Ukrayna tərəfi ABŞ və Qərbin təzyiqi ilə razılaşmadan imtina edərək müharibəyə davam etdi.

Onun sözlərinə görə, Rusiya və Ukrayna Türkiyəni və xüsusən də prezident Ərdoğanı neytral və ədalətli tərəfdaş kimi qəbul edirlər:

“Putin dəfələrlə Ərdoğan haqqında müsbət çıxışlar edərək, onu “ədalətli və sözünün üstündə duran lider” adlandırıb. Bu baxımdan sözügedən prosesə Türkiyənin vasitəçilik etməsi ilə hansısa nəticəyə nail olmaq mümkündür. BMT, Aİ ölkələri və ABŞ-nin tərəfdaş qismində çıxış etməsi Rusiyanın maraqlarına cavab verməyəcək və bu danışıqlar nəticəsiz qalacaq. Çünki müharibənin bu məcrada davamı ABŞ-nin maraqlarına tam uyğundur”.

Kamran Məmmədli:  Rusiya və Ukrayna Ərdoğanı neytral və ədalətli tərəfdaş kimi qəbul edirlər

Politoloq hesab edir ki, hər iki tərəfin maraqlarına cavab verən adil vasitəçi qismində yalnız Türkiyə çıxış edə bilər. Digər ölkələrin vasitəçiliyi isə gözləntiləri doğrultmağa qadir deyil.

“Rusiya neft və qaz ticarətində Avropa bazarından çıxdandan sonra rusları ABŞ əvəzləyib. Eyni zamanda Avropa ölkələrinin Rusiya xofu onların ABŞ-nin qanadları altına alınmasına səbəb olub. Təəssüf ki, bəzi Qərb ölkələri ABŞ-nin dediklərində cüzi dəyişikliklər etməklə, eyni yanaşmanı təkrarlayırlar. Yalnız Macarıstanın baş naziri Viktor Orban bu məsələdə daha soyuqqanlı davranaraq düzgün analiz etməyə çalışsa da, onu dinləyən yoxdur”, – deyə müsahibimiz qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki