Rusiya “Vaqner” muzdlularının Baxmutda irəlilədiyini açıqladı

image-rusiyalibackend

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya ordusunun bütün cəbhələrdə hücumlarının davam etdiyini və Ukrayna ordusunun itki verdiyini bildirib.

Busaat.az xəbər verir ki, Konaşenkov, həmçinin Baxmutda əməliyyat aparan Rusiyanın “Vaqner” muzdlu birləşməsi ilə bağlı məlumat verib:

“Baxmut istiqamətində “Vaqner” dəstələri üç məhəlləni ələ keçirdi”.

Çasov Yar və Boqdanovka şəhərlərindən Bəxmuta girməyə cəhd edən Ukrayna hərbi qüvvələrinin Rusiya hava-taktiki və əməliyyat bölmələrinin, raket və artilleriya birləşmələrinin hücumlarına məruz qaldığını ifadə edən Konaşenkov, Ukraynanın 28-ci Mexanikləşdirilmiş Briqadasının qoşunlarının, Ordu Konstantinovka qəsəbəsi yaxınlığında zərərsizləşdirildiyini deyib.

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin son sutka ərzində bu bölgədə 8 uçuş həyata keçirdiyini qeyd edən Konaşenkov, raket və artilleriya birləşmələrinin bu bölgədə 52 atəş açdığını bildirib.

“245-dən çox Ukrayna əsgəri, bir tank, bir zirehli transportyor, iki zirehli döyüş maşını, üç pikap, 8 avtomobil, Msta-B haubitsaları, 2 D-20 haubitsaları və 3 “Qrad” reaktiv yaylım atəşi sistemi vurulub”, – Konaşenkov bildirib.

Bundan əlavə, Konaşenkov Xarkov vilayətində ABŞ istehsalı olan “Paladin” və Polşa istehsalı olan “Krab” özüyeriyən artilleriya sistemlərini vurduqlarını bildirib və Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsini vurduqlarını qeyd edib

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90