Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.07 $▲0.68%
  • WTI neft86.90 $▲0.30%
  • Avropa qazı (TTF)86.93 €▲2.32%
  • Təbii qaz (ABŞ)3.314 $▲0.70%
  • Qızıl4 060 $▲0.16%
  • Gümüş52.90 $▲0.71%
  • Pambıq82.59 ¢▲5.52%
  • Buğda600.00 ¢▲1.01%
  • Bitcoin73 972 $▲0.37%
  • Ethereum2 060 $▲0.48%
  • S&P 5007 521▼0.37%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Rusiyada 4 mindən çox sərnişin hava limanlarında çarəsiz qaldı

image-img_4468
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın bir sıra hava limanlarında 25-dən çox reysin gecikməsi səbəbindən 4 mindən çox sərnişin uçuş gözləyir.

Busaat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“Abakan, Dağlıq Altay, Kemerovo, Krasnoyarsk, Novokuznetsk, Novosibirsk, Norilsk, Omsk və Tomsk nəqliyyat prokurorluqları reysin gecikməsi zaman sərnişinlərin zəruri xidmətlərlə təmin olunması hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri həyata keçirir”, – məlumatda bildirilib.

Barnaul hava limanında 450-dən çox, Dağlıq Altay hava limanında 600, Kemerovoda 150-dən çox, Krasnoyarskda 700-dən çox, Novokuznetskdə 180-dən çox, Novosibirskdə 700-dən çox, Tomskda təxminən 300, Norilskdə 500-dən çox, Omskda isə 400-dən çox sərnişin uçuş gözləyir.

Ukrayna pilotsuz uçuş aparatlarının hücum təhlükəsi səbəbindən Rusiyanın beş hava limanında təyyarələrin qəbulu və uçuşuna məhdudiyyətlər tətbiq edilib. Xüsusilə digər şəhərlərdən Moskvaya uçan bir neçə təyyarə eniş üçün Nijni Novqorod və Sankt-Peterburqa yönləndirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162195