Rusiyada özbaşınalıq edən məmurlar 150 min cərimələnəcək

Rusiyada özbaşınalıq edən məmurlar 150 min cərimələnəcəkbackend

Rusiya Prezidenti Vladimir Putin məmur özbaşınalığına görə cərimələr haqqında qanun imzalayıb.

Busaat.az  xəbər verir ki, sözügedən sənəd hüquqi məlumatların rəsmi İnternet portalında yayımlanıb.

Vətəndaşların təhqir olunmasına görə cəza tədbirlərini nəzərdə tutan qanunda ilk pozuntuya görə 50-100 min rubl (1155 -2310 AZN), təkrar pozuntuya görə 100 -150 ​​min rubl (2310 -3465 AZN) arasında cərimə tətbiq olunacaq. Həmçinin pozuntuya yol vermiş məmurlar bir il, təkrar pozuntu halında isə iki il müddətinə vəzifədən kənarlaşdırıla bilər.

Sənəd Rusiya Dövlət Dumasına may ayında təqdim edilib. Qanunun müəllifləri vətəndaşların şərəf və ləyaqətini qorumaq üçün mövcud mexanizmin kifayət qədər təsirli olmadığını bildirmişdilər. 16 dekabrda qanun layihəsi Rusiya parlamentində üçüncü oxunuşda qəbul edilib, dekabrın 25-i isə Federasiya Şurası tərəfindən təsdiqlənib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90