
Rusiyada “Su-25” qəzaya düşdü
Rusiyanın Belqorod vilayətində “Su-25” təyyarəsi qəzaya düşüb.
Busaat.az “REN TV”yə istinadən xəbər verir ki, hadisə vilayətin Koroçanski bölgəsində baş verib.
Təyyarənin pilotu katapult edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.






















