Rusiyadan gələn 40 ton kartof məhv edildi

image-kartofbackend

Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsulunun istifadə üçün yararsız olduğu aşkarlanıb.

Busaat.az  xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Həyata keçirilən nəzarət tədbirləri zamanı “ZE-DENT” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 40 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində yük partiyasından götürülən məhsul nümunələrində karantin tətbiq edilən zərərverici (“Clavibacter michiganensis subsp. sepedonicus” – Kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən toxumluq kartof məhsulu partiyası istifadəyə yararsız hesab olunduğu üçün məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90