Rusiyanın “Eurovision” mahnısı olan “Russian woman”ın (ifa edən Manizha – red.) sözlərində qadınların təhqir olunduğu iddia edilib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko danışıb.
Petrenko qeyd edib ki, rus qadınlarını təhqir etdiyi və alçaltdığı üçün mahnının sözlərinin qanuni şəkildə araşdırılması üçün bir çox müraciət alıb.
Həmçinin, o, “Vesti” qəzetinin redaksiya heyətinin də Komitə sədri Aleksandr Bastrıkin ilə əlaqə qurduğunu bildirib.
Qeyd edək ki, daha öncə bir çox məşhur sima və siyasətçi mahnını tənqid etmişdi.