Rusiyanın Ukraynadakı itkiləri daha da artdı – SİYAHI

image-1644767554_ukrayna-rusiyabackend

Rusiya ordusunun fevralın 24-dən indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların 1 235 ədəd tankı, 3 009 ədəd zirehli döyüş maşını, 578 ədəd artilleriya sistemi, 198 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 90 hava hücumundan müdafiə sistemi, 201 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 97 qanadlı raket, 2 109 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 436 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90