“Sabina” mağazalar şəbəkəsi bağlandı

image-sabinabackend

“Sabina Perfumery&Cosmetics” şirkəti ləğv olunduğunu elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti elan dərc edib.

Elana görə, kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Sabina” mağazalar şəbəkəsi isə 1994-cü ildə yaradılıb. 2004-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur. 2020-ci ildə “İDEAL” Parfumery and Cosmetics-ə satılıb. Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki